Binəqədi rayon Binəqədi Bələdiyyəsi

Binəqədi rayon Binəqədi Bələdiyyəsi BƏLƏDİYYƏLƏR, BƏLƏDİYYƏ ORQANLARI VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİ

Maddə 14. Bələdiyyələr və bələdiyyə orqanları
1. Maddə 15. Bələdiyyə üzvü
1. Maddə 16.

Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları
haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil
edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.
2. Bələdiyyələrin say tərkibi "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyənləşdirilir.
3. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə
məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.
4. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət
orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.
5. Bələdiyyələrin və onların orqanlarının strukturu bu Qanuna və bələdiyyələrin nizamnamələrinə uyğun
müəyyənləşdirilir. Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq
edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək,
təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə
göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
2. Əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı
bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət
fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları
zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən
azad edilir.
3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin
qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla
bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.
4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa
səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü
səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir. Bələdiyyənin növbəti yığıncağı
bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə
çatdırır.
6. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq
bələdiyyə ərazisində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında‖ Azərbaycan Respublikası Qanununa uyğun
olaraq seçkilər keçirilir. Bələdiyyənin iclası
1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan əhalinin azı on faizinin, yaxud bələdiyyə
üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
3. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin
nizamnaməsi ilə tənzimlənir.
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə
iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
5. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.
────────────────────────────────────

Maddə 17. Bələdiyyənin daimi və baĢqa komissiyaları
1. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün,
habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan
müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər.
2. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədi ilə öz işinə
ekspertlər cəlb edə bilər.
3. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar
"Bələdiyyənin daimi və başqa komissiyaları haqqında" əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət
göstərir.
4. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə
proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;
2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar,
arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.
5. Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat
verir. Maddə 18 . Bələdiyyənin icra orqanı
Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və
bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və
bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra
strukturlarının rəhbərlərini bələdiyyə şurasının qərarına əsasən bələdiyyənin sədri təyin edir. Maddə 19. Bələdiyyənin sədri və sədr müavini
1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya
gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda
seçilmiş hesab olunur.
2. Ehtiyac olduqda bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri
sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan
çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3. Bələdİyyənin sədri və onun müavinləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada
vaxtından əvvəl vəzifədən azad edilə bilərlər.
4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri
olmadıqda onun səlahiyyətlərini həyata keçirir. Maddə 20 . Bələdiyyə üzvlərinin və bələdiyyə orqanlarının seçkili vəzifəli Ģəxslərinin statusu
1. Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin öz səlahiyyətlərini maneəsiz və
səmərəli həyata keçirməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.
2. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
3. Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə
başladığı gün qurtarır. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə seçildiyi
gündən başlanır və yeni vəzifəli şəxsin seçildiyi gün qurtarır.
4. Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri bələdiyyənin nizamnaməsinə uyğun
olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.
5. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli
şəxslərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və
bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir. Maddə 21. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları
Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:
1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinə dair qərar olduqda;
2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
3) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya
digər dövlət qarşısında öhdəlik götürdükdə;
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə. Maddə 22. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar
edildikdə;
4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda;
5) dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü
barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
6) bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda. Maddə 23. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydası
Bu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə üzvlərinin
səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-
cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında
həll edilir. Bu Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci
bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərar məhkəmənin qüvvəyə minmiş qərarından
sonra qəbul edilir. Maddə 24. Bələdiyyələrin digər orqanları və vəzifəli Ģəxsləri
Bələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafiq vəzifəli şəxslərin təyin olunması
nəzərdə tutula bilər. Maddə 25. Bələdiyyə qulluğu
1. Bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır.
2. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə
qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və
bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
3. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər
və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.

Binəqədi rayonu, 7-ci mkr., Fərman Məlikov 2A küçəsində güclü külək nəticəsində ağacın qırılması ilə bağlı yaranmış vəzi...
31/08/2026

Binəqədi rayonu, 7-ci mkr., Fərman Məlikov 2A küçəsində güclü külək nəticəsində ağacın qırılması ilə bağlı yaranmış vəziyyətə operativ müdaxilə edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib.

İstirahət günü olmasına baxmayaraq, aidiyyəti qurumlar tərəfindən qırılmış ağac hissələrə ayrılaraq, ərazidən daşınıb və küçə təmizlənib.

Görülən işlər nəticəsində həm piyadaların, həm də avtomobillərin hərəkəti üçün təhlükəsiz şərait bərpa olunub. Bu addım rayon ərazisində abadlıq, təmizlik və sakinlərin təhlükəsizliyinin təmin edilməsinə göstərilən diqqətin növbəti nümunəsidir.

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Bələdiyyəsi tərəfindən bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevan...
26/08/2026

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzu edirik!

13 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinlər...
26/08/2026

13 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 61 saylı ünvanda aşma təhlükəsi olan olan quru şam ağacının götürülməsi, A.Məmmədov küçəsi 119 saylı ünvanda yerləşən parkın işıqlandırması, M.Cəlal 41 saylı ünvanda ABAD həyətdə ağaclara aqrotexniki qulluğun göstərilməsi və şam ağaclarının gövdəsinin budanması, M.Cəlal küçəsi 31, 21 və 33 saylı ünvanlarda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 49 və 283 saylı bağçaların ətrafında sahibsiz küçə heyvanlarının ərazidən götürülməsi, M.Cəlal küçəsi 35 və 21 saylı ünvanlarda oturacaqların yerləşdirilməsi, Ü.Hacıbəyov küçəsi 2/10 və İ. Həşimov küçəsi 205b, həmçinin ətraf yaşayış binalarda qazın təzyiqinin zəif olması, M.Cəlal küçəsi 35 və 27 saylı ünvanlarda məhəllə daxili parkın salınması, S.Məmmədova küçəsi 203b saylı ünvanlarda ağacın budanması, Azadlıq prospekti 200 saylı ünvanda yağış sularının mənzillərə daxil olmasının aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23-24 avqus...
26/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan rəhbərlərinin keçirdiyi görüşlər iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.

Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. Bununla da Azərbaycan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir.

Xüsusilə qeyd etmək lazımdır ki, münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və etimad mühüm rol oynayır. İki dövlətin liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da böyük təkan verir.

Səfər zamanı Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 1 milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını da xüsusi qeyd etmək lazımdır, eyni zamanda enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. Bu, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcəkdir.

Qarabağın bərpasında Azərbaycan-Özbəkistanın əməkdaşlığı da bu regional yanaşmanın mühüm nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasındakı siyasi həmrəyliyin iqtisadi və sosial təşəbbüslərdə təcəssümüdür. Qarabağda reallaşdırılan bu layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli xarakter daşımadığını, eyni zamanda, Türk dünyası ölkələrinin respublikamızın ərazi bütövlüyünün bərpasından sonra regionun inkişafında fəal iştirak etdiyini göstərir.

Bir sözlə, Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı, Türk dünyasının inteqrasiyasına böyük təkan verir.


Elxan Quliyev, əməkdar müəllim

26 Avqust - Laçın şəhəri günü Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ö...
26/08/2026

26 Avqust - Laçın şəhəri günü

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb.

Xatırladaq ki, Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kəndi) 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmişdir. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayında AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən sonra mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçirdi. Laçının işğalından sonra Ermənistan üçün bu yol açılmışdır.

İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.

Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Laçın da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlər nəticəsində Laçın yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir.



Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır Dövlətimizin xarici siyasətində tarixi...
24/08/2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir.
Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində davamlı olaraq inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Onu da qeyd edək ki, Liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdə imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Yerigəlmişkən, qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləridir.
Qarşılıqlı etimad eyni zamanda iqtisadi və ticari sahədə də əksini tapır, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir. Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaf tempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb".

Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə "C5" formatının "C6" formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb.
İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır.
Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir.
Əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.


Rafiq Məmmədov, Əməkdar müəllim

Binəqədi Bələdiyyəsi tərəfindən növbəti abadlıq işləri həyata keçirilmişdir.Vətəndaşların rahat və təhlükəsiz gediş-gəli...
14/08/2026

Binəqədi Bələdiyyəsi tərəfindən növbəti abadlıq işləri həyata keçirilmişdir.

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə Dərnəgül metrosunun üzərində yerləşən yaşıllıq ərazidən metroya keçid yolunun daha əlverişli vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işləri icra olunmuşdur.

Aparılan işlər çərçivəsində piyadaların hərəkət rahatlığının artırılması, ərazinin daha səliqəli və istifadəyə yararlı vəziyyətə gətirilməsi təmin edilmişdir.

Binəqədi Bələdiyyəsi sakinlərin müraciət və ehtiyaclarını nəzərə alaraq rayon ərazisində abadlıq, quruculuq və sosial yönümlü layihələrin həyata keçirilməsini davam etdirir.

8 avqust 2025-ci il "Sülh paraflanması"na 1 illik baxış - Tamilla Qulami şərh edirAzərbaycanın son illərdə xarici siyasə...
11/08/2026

8 avqust 2025-ci il "Sülh paraflanması"na 1 illik baxış - Tamilla Qulami şərh edir

Azərbaycanın son illərdə xarici siyasətdə əldə etdiyi uğurlu diplomatik nəticələr geosiyasi transformasiyanın tərkib hissəsidir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi üstünlüyünü diplomatik üstünlüyə çevirməsi, 2023-cü il 19 sentyabrdan 20 sentyabra keçən gecə Qarabağda suverenliyini tam bərpa etməsi, Ermənistanla sülh gündəliyini özünün irəli sürdüyü prinsiplər əsasında formalaşdırması və eyni zamanda ABŞ ilə münasibətləri yeni strateji müstəviyə çıxarması Azərbaycanın xarici siyasətində mühüm mərhələ təşkil edir.

Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmin proseslərin istiqamətini müəyyən edən əsas aktorlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin mühüm nəticələrindən biri də məhz budur ki, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, müxtəlif qlobal güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmağı və bu münasibətləri konkret milli-strateji məqsədlərə xidmət etdirə bilməyi bacarıb. Xüsusilə də Rusiya və İran kimi qonşusu olan ölkə kimi.

2025-ci il yanvarın 20-də ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Azərbaycan münasibətlərində ciddi transformasiya baş verib. Xüsusilə Bayden administrasiyası dövründə Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinə yanaşması Bakıda ciddi narahatlıq doğururdu. Azərbaycanın mövqeyinə görə, həmin dövrdə ABŞ siyasətində regionun mümkün geosiyasi reallıqları, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni vəziyyət və Bakının regional çəkisi lazımi səviyyədə nəzərə alınmır, bəlkə də bu istiqamətdə hadisələrə diqqət yetirilmirdi.

Donald Trampın yenidən ABŞ Prezidenti seçildikdən sonra isə Vaşinqtonun Cənubi Qafqaza münasibətində yeni yanaşma formalaşmağa başladı. Bu yanaşmada qarşıdurmanın davam etdirilməsindən daha çox sülh, regional bağlantılar, iqtisadi əməkdaşlıq və ABŞ-nin strateji maraqlarının təmin edilməsi ön plana çıxdı.

Azərbaycan üçün əsas məqam ondan ibarət idi ki, bu yeni yanaşma Bakı tərəfindən illər ərzində formalaşdırılmış reallıqlarla uzlaşırdı.
Azərbaycanın hərbi və iqtisadi gücünü artırması, enerji və nəqliyyat layihələrində mühüm mövqeyə sahib olması, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi və Qarabağ üzərində suverenliyin tam bərpası Bakının beynəlxalq çəkisini və dəyərini əhəmiyyətli dərəcədə artırmışdı.
Düşünürəm ki, məhz buna görə də 2025-ci il avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü sıradan diplomatik səfər kimi qiymətləndirilməməlidir. Həmin görüş zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması haqqında memorandum imzalandı. Bu, münasibətlərin sadəcə mövcud əməkdaşlıq formatında davam etdirilməsi deyil, onların yeni strateji çərçivəyə keçirilməsi niyyətinin göstəricisi idi.

Ardınca 2026-cı il fevralın 10-da açıqlanan Strateji Tərəfdaşlıq Xartiyası bu istiqamətin institusional əsaslarını daha aydın ortaya qoydu. Sənəddə suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ikitərəfli münasibətlərin təməl prinsipləri kimi təsbit edilir. Xartiya diplomatik, iqtisadi, enerji, texnologiya, təhlükəsizlik və regional bağlantılar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Bu, qarşıdurmaların olduğu bir dövrdə Azərbaycan diplomatiyası baxımından mühüm və uğurlu nəticədir. Çünki uzun illər ərzində beynəlxalq münasibətlər sistemində Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində əldə etdiyi siyasi nəticələr indi ABŞ ilə münasibətlərin yeni strateji çərçivəsinin də əsas elementlərindən birinə çevrilir.

Mən bu istiqamətdə də xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan-ABŞ münasibətlərinin transformasiyasını göstərən digər mühüm məsələ 907-ci düzəlişlə bağlıdır. Azərbaycan uzun müddət bu məhdudiyyətin ölkəyə qarşı ayrı-seçkilik xarakterli yanaşma olduğunu bildirirdi, dəfələrlə bu barədə etirazlar, əsaslar, arqumentlər səsləndirir, ikili standartlarla yanaşmanın aradan qaldırılmasını tələb edirdi.

2025-ci ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar zamanı bu məsələnin həlli Azərbaycan-ABŞ münasibətlərinin normallaşması baxımından mühüm siyasi mesaj oldu. Ölkə başçısının həmin günləri Azərbaycanın ABŞ ilə münasibətlərində yeni səhifənin başlanğıcı kimi qiymətləndirməsi də təsadüfi deyildi. Rəsmi məlumatda da Prezident İlham Əliyev bu addımı 33 illik məhdudiyyətlərin sona çatması kontekstində dəyərləndirib.
Burada əsas məsələ yalnız konkret məhdudiyyətin aradan qaldırılması deyil. Daha mühüm məqam Azərbaycanın ABŞ ilə münasibətlərində əvvəllər mövcud olan birtərəfli yanaşmanın dəyişməsi və Bakı ilə Vaşinqton arasında qarşılıqlı maraqlara əsaslanan yeni gündəliyin formalaşmasıdır.

Vaşinqton prosesinin Azərbaycan üçün ən mühüm nəticələrindən biri də regional nəqliyyat bağlantılarının yeni geosiyasi məzmun qazanmasıdır. Azərbaycan uzun illərdir, Zəngəzur istiqamətində kommunikasiyaların açılmasını yalnız nəqliyyat məsələsi kimi deyil, regional iqtisadi inteqrasiyanın mühüm elementi kimi təqdim edir. 8 avqust 2025-ci il Vaşinqton sənədləri ilə bu məsələ artıq ABŞ-ın regional strategiyasının da mühüm elementlərindən birinə çevrildi.
Sonrakı Strateji Tərəfdaşlıq Xartiyasında TRIPP — “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” — Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını təmin etməyə və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdırmağa xidmət edən multimodal bağlantı layihəsi kimi qeyd olunur.
Kimsə dana bilməz ki, Azərbaycan üçün bu hadisə ciddi geosiyasi nailiyyətdir. Çünki məsələ artıq yalnız Bakı ilə İrəvan arasındakı kommunikasiya mübahisəsi olmaqdan çıxaraq, ABŞ-nin, eləcə də daha geniş beynəlxalq iqtisadi və geosiyasi maraqların kəsişdiyi layihəyə çevrilib.

Digər tərəfdən Azərbaycan öz regional nəqliyyat təşəbbüsünü qlobal güclərin maraqları ilə uzlaşdıraraq, onun reallaşma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Azərbaycanın xarici siyasət uğurlarını Qarabağda əldə edilmiş hərbi-siyasi nəticələrdən ayrı təsəvvür etmək mümkün deyil.

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra Qarabağ üzərində dövlət suverenliyinin tam təmin edilməsi ölkənin beynəlxalq mövqeyini köklü şəkildə dəyişdi.

Bu hadisələrdən sonra Azərbaycan artıq Qarabağ münaqişəsinin tərəflərindən biri deyil, münaqişənin hərbi mərhələsini başa çatdırmış və öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi çıxış etməyə başladı.

Ən mühüm məqam isə bundan ibarətdir ki, Azərbaycan hərbi qələbəni siyasi-diplomatik nəticəyə çevirə bildi.

Məhz bundan sonra Bakının irəli sürdüyü sülh prinsipləri Azərbaycan-Ermənistan münasibətlərinin əsas danışıqlar çərçivəsinə çevrildi. Azərbaycanın irəli sürdüyü beş əsas prinsip — dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin tanınması, ərazi iddialarından qarşılıqlı imtina, dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güc tətbiqi hədəsindən imtina, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulması — sonrakı sülh prosesinin əsas sütunlarını təşkil etdi.

Bu baxımdan Azərbaycan yalnız müharibəni qazanan tərəf deyil, müharibədən sonrakı sülh gündəliyini formalaşdıran tərəf kimi də çıxış etdi.

Azərbaycanın Ermənistanla sülh prosesində mövqeyinin güclənməsinin əsas səbəbi hərbi nəticələrin siyasi reallığa çevrilməsi idi.

Uzun illər idi ki, Ermənistan tərəfi status-kvonun qorunmasına və işğal olunmuş Azərbaycan əraziləri üzərində nəzarətin davam etdirilməsinə ümid edirdi. 2020-ci il müharibəsi bu yanaşmanı dəyişdirdi. 2023-cü ildə Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası isə əvvəlki geosiyasi modelin faktiki olaraq sonunu qoydu.
Bundan sonra Ermənistanın qarşısında yeni reallıqla hesablaşmaqdan başqa alternativ qalmadı.

Bu mənada sülh prosesini yalnız Ermənistanın xoşməramlılığının nəticəsi kimi təqdim etmək tarixi və siyasi reallığı sadələşdirmək olardı. Sülhə aparan yol Azərbaycan dövlətinin hərbi, iqtisadi və diplomatik gücünün yaratdığı yeni reallıqdan keçdi.

Azərbaycanın əsas diplomatik uğuru da məhz burada görünür ki, Bakı hərbi qələbədən sonra maksimalist mövqedə dayanaraq, prosesi dalana dirəmədi, əksinə, öz şərtlərini beynəlxalq sülh gündəliyinin prinsiplərinə çevirdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh prosesinə dair tarixi sənədin imzalanması bu uzun prosesin mühüm mərhələsi oldu. Ağ Ev də həmin günü onilliklər davam edən qarşıdurmanın sona çatdırılması istiqamətində tarixi diplomatik hadisə kimi təqdim etdi.
Burada ABŞ-nin rolunu da xüsusi qeyd etmək lazımdır. Vaşinqton prosesi göstərdi ki, Azərbaycan öz milli maraqlarından geri çəkilmədən ABŞ-nin regiondakı artan maraqları ilə əməkdaşlıq formatı yarada bilib.

Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri arasında balans yaratmaq və Azərbaycanın maraqlarını bu rəqabətdən maksimum dərəcədə qorumaqdır.

Azərbaycan eyni zamanda Türkiyə ilə strateji müttəfiqliyi inkişaf etdirib, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirib, ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olub və regiondakı digər güc mərkəzləri ilə münasibətlərdə də milli maraqlarını qoruyub.

Bu siyasətin nəticəsində Azərbaycan regional proseslərdə OBYEKT olmaqdan çıxaraq, SUBYEKTə çevrilib.

Qeyd edim ki, Qarabağ məsələsində də eyni yanaşmanı görürük. Azərbaycan illər ərzində diplomatik danışıqlar aparıb, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edib, eyni zamanda iqtisadi və hərbi potensialını gücləndirib. Nəticədə diplomatik cəhdlərin nəticəsiz qalması halında öz ərazi bütövlüyünü bərpa etmək imkanına malik oldu. Daha sonra isə hərbi qələbəni diplomatik qələbəyə çevirdi.

Bu baxımdan “müharibədə qələbə və sülhdə qələbə” ifadəsi Azərbaycanın son illərdəki siyasətinin mahiyyətini müəyyən mənada ifadə edir. Müharibədə hərbi üstünlük, müharibədən sonra isə diplomatik və siyasi üstünlük bir-birini tamamladı.

Bu gün Cənubi Qafqazda yaranmış vəziyyət əvvəlki geosiyasi mənzərədən ciddi şəkildə fərqlənir.

Qarabağ münaqişəsinin hərbi mərhələsi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Ermənistanla sülh gündəliyi formalaşıb, regional kommunikasiyaların açılması məsələsi beynəlxalq gündəliyin mühüm hissəsinə çevrilib və ABŞ Cənubi Qafqazda daha fəal iqtisadi və geosiyasi rol oynamağa başlayıb.

Bu dəyişikliklərin hər birinin arxasında Azərbaycanın son iki onillikdə həyata keçirdiyi dövlət siyasətinin nəticələrini görmək mümkündür.
Azərbaycan əvvəlcə iqtisadi potensialını artırdı, sonra güclü ordu qurdu, ardınca regional enerji və nəqliyyat layihələrində əsas aktorlardan birinə çevrildi və bütün bunları vahid xarici siyasət strategiyası daxilində birləşdirdi.

Ona görə də bugünkü diplomatik nəticələr təsadüfi deyil.
Azərbaycanın son illərdə xarici siyasətdə qazandığı uğurların əsas xüsusiyyəti ondan ibarətdir ki, bunlar bir-birindən ayrı hadisələr deyil, vahid strategiyanın müxtəlif nəticələridir.

Təkrar edirəm ki, Qarabağda suverenliyin bərpası Azərbaycanın hərbi-siyasi qələbəsi oldu. Ermənistanın Azərbaycanın irəli sürdüyü fundamental prinsiplər əsasında sülh prosesinə gəlməsi həmin qələbənin siyasi nəticəsidir. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə Azərbaycanın dəyişən geosiyasi reallıqda öz mövqeyini yeni beynəlxalq imkanlarla birləşdirməsinin göstəricisidir.

2025-ci il 8 avqust Vaşinqton görüşü bu proseslərin kəsişdiyi mühüm məqam oldu ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ABŞ-nin birbaşa iştirakı ilə yeni mərhələyə keçdi, Azərbaycan-ABŞ münasibətlərinin strateji çərçivəsi üçün əsas yaradıldı və regional bağlantıların, o cümlədən TRIPP layihəsinin perspektivi beynəlxalq səviyyədə rəsmiləşdirildi.

2026-cı ildə Strateji Tərəfdaşlıq Xartiyasının qəbul edilməsi isə bu transformasiyanın artıq institusional xarakter aldığını göstərdi. Xartiyanın regional bağlantı, enerji, investisiya, texnologiya və təhlükəsizlik sahələrini əhatə etməsi Azərbaycanın ABŞ üçün Cənubi Qafqazda sadəcə tərəfdaş ölkə deyil, strateji əhəmiyyət daşıyan dövlətə çevrildiyini göstərən mühüm göstəricidir.

Bütün bunların fonunda Prezident İlham Əliyevin xarici siyasətinin əsas nəticəsini belə ifadə etmək olar ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi regional proseslərin nəticəsini gözləyən ölkə deyil, həmin nəticələrin formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Ən böyük siyasi uğur da məhz budur!
Azərbaycanın hərbi qələbəsi diplomatik qələbəyə, diplomatik qələbəsi isə yeni regional və beynəlxalq əməkdaşlıq imkanlarına çevrilib!

Binəqədi rayon Binəqədi Bələdiyyəsi
Yerli İqtisadi İnkişaf Məsələləri Daimi Komissiyasının sədri
Tamilla Qulami

Address

Bakı şəhəri, Binəqədi Rayonu, Azadliq Prospekti 184
Baku
AZ1130

Alerts

Be the first to know and let us send you an email when Binəqədi rayon Binəqədi Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Binəqədi rayon Binəqədi Bələdiyyəsi:

Shortcuts

Share