Reflect Architects

25/07/2025

Qrenki – Seabreeze-in sahil siluetində yeni iz

İsti günəşin altında və Xəzərin sərin nəfəsində - Qrenki üçün sadəcə bir məkan deyil, sahilə baxış bucağını dəyişən memarlıq elementi formalaşdırıldı.

Konsepsiyanın əsasını dəniz fənəri estetikası təşkil edir - gün ərzində günəş işığını əks etdirən, axşam saatlarında isə süni işıqla landşafta daxil olan memarlıq elementi. Məkan həm əyləncə məkanı kimi funksional, həm də sahil boyunca tanınan vizual referens nöqtəsi kimi nəzərdə tutulub.

Fasadda bəyazın yüngüllüyü və solğun qırmızının (desaturasiya olunmuş terrakota) zərif vurğuları, ətraf mühitlə vəhdət və seçicilik balansı qurur.
Parlaq və torpaq fakturalarının kontrastı isə həm yerli memarlığın köklərinə, həm də müasir dilə işarə vurur.

Fənər ətrafında quraşdırılmış dinamik mexanizmlər küləklə hərəkətlənir, sanki məkan nəfəs alır. Hər detalda bir ritm, hər kölgədə bir hekayə gizlidir.

Ümumi sahə: 1500 m²
İnşaat sahəsi: 300 m²
Məkan:
Sifarişçi:

Reflect Architects komandası böyüyür!Bizə yaradıcılıq və texniki dəqiqliyi bir araya gətirən memarlar lazımdır.🟡 Layihə ...
18/06/2025

Reflect Architects komandası böyüyür!
Bizə yaradıcılıq və texniki dəqiqliyi bir araya gətirən memarlar lazımdır.

🟡 Layihə üzrə Baş Memar (LBM) - Liderlik bacarıqlarına sahibsənsə, layihənin həm texniki, həm də yaradıcı tərəflərinə rəhbərlik edə bilirsənsə bu vəzifə sənin üçündür.

⚪️ Təcrübəli Memar - Əgər texniki biliklərini estetik baxışla tamamlayırsansa və sənətini funksional həllə çevirə bilirsənsə, səni komandamızda görmək istəyirik.

🖤 Bizimlə birlikdə unikal məkanlar yaratmağa hazırsansa - gəl tanış olaq.

📩 CV və portfolio-nuzu [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq.

Qarabağ Atlarının Nəsilartırma Mərkəzi: Keçmişi qoruyaraq gələcəyə baxış mövzusunda olan bu mərkəz, Qarabağın rəmzi olan...
15/12/2024

Qarabağ Atlarının Nəsilartırma Mərkəzi: Keçmişi qoruyaraq gələcəyə baxış mövzusunda olan bu mərkəz, Qarabağın rəmzi olan safqan atlarımızın nəsilartırılmasını təmin etmək məqsədilə dizayn edilmiş çoxfunksiyalı bir kompleksdir. Müasir memarlıq yanaşması ilə layihələndirilmiş məkanda:
Qarabağ atlarının tarixinə və irsinə həsr olunmuş muzey, inzibati bina və mehmanxana xidmətləri, atlar üçün xüsusi baxım sahələri və nəsilartırma mərkəzləri, ənənəvi çövkən yarışları üçün nəzərdə tutulmuş müasir yarış meydanı yer alır.
Bu mərkəz, həm milli sərvətimizi qorumağa, həm də Qarabağın mədəniyyətini dünyaya tanıtmağa xidmət edir. Milli irsimizi yaşadan və dünyaya tanıdan bu mərkəz Qarabağın ruhunu yeni nəsillərə ötürür.

Toplam sahə : 30 ha
Inşaat sahəsi : 18500 m2
Məşq sahələri : 15000 m2

Memar : Nicat Nusalov
İcraçı memar : Zəki Cəbiyev
İnteryer dizayn : Emin Məmmədov
Konstruksiya həlləri : Armastek Design and Projects
Mühəndislik həlləri : PortBIM

Azərbaycan-İran sərhədindəki gömrük məntəqəsi iki qonşu ölkə arasında ticarət və səyahətin asanlaşdırılmasında mühüm rol...
08/10/2024

Azərbaycan-İran sərhədindəki gömrük məntəqəsi iki qonşu ölkə arasında ticarət və səyahətin asanlaşdırılmasında mühüm rol oynayır. Məntəqə, malların, nəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsiz və beynəlxalq qaydalara uyğun olaraq sürətli şəkildə yoxlanılmasını təmin edir.

Təbii materiallar istifadə edilərək müasir minimalizm yanaşması ilə dizayn edilmiş gömrük məntəqəsi funksional və vizual baxımdan cəlbedici məkan yaradaraq səmərəliliyi və sadəliyi vurğulayır. Taxta, daş və beton kimi təbii materialların istifadəsi funksional estetikanı gücləndirərək davamlılığı və möhkəmliyi təmsil edir.

Sifarişçi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Memar: Nicat Nusalov
Interyer dizayner: Emin Mammadov

Daha öncə sizə ekskursiyamız barədə məlumat vermişdik. Çoxsaylı istəklərə əsasən və daha uğurlu təşkilatçılıq məqsədi il...
27/06/2022

Daha öncə sizə ekskursiyamız barədə məlumat vermişdik. Çoxsaylı istəklərə əsasən və daha uğurlu təşkilatçılıq məqsədi ilə
tarix təxirə salınmışdır.
Ekskursiyamız vasitəsi ilə
illərdir gözlənilən konsept - bərpa layihəsi olan Şərq bazarının, müəllifi olaraq , layihə prossesini başlanğıcdan sona doğru necə icra olunduğunu sizinlə paylaşmaq istəyirik.
Bununla bağlı, 1 iyul 19:00da sizi Reflect Architects olaraq Şərq bazarında ekskursiyamıza dəvət edirik!

Giriş sərbəstdir !

Konsept Layihəsini hazırladığımız "Şərq Bazarı"nın inşaat işləri tamamlandı.Bu layihənin ərsəyə gəlməsində bizə dəstək o...
06/06/2022

Konsept Layihəsini hazırladığımız "Şərq Bazarı"nın inşaat işləri tamamlandı.
Bu layihənin ərsəyə gəlməsində bizə dəstək olan hərkəsə təşəkkürümüzü bildirir, komandamızla qürur duyuruq.
Ümid edirik ki, şəhərimizin daha necə tarixi binalarını yenidən mədəniyyətimizə qaytarmaqda dəstək olacaq və yeni layihələrimiz ilə
Azərbaycan memarlığına öz tövhələrimizi verməyə davam edəcəyik.

23/08/2021

FITWAY GYM | Sağlam həyat və mükəmməl formada qalmaq istəyən qonaqların zövqlərinə və ehtiyaclarına uyğun layihələndirilmiş 2 mərtəbədən ibarət 1350 m² idman zalı artıq 1 ildən çoxdur ki, fəaliyyətə başlamışdır. Qonaqların maksimal komfortu üçün layihələndirmə zamanı geniş zala birləşik özəl funksiyalı cib otaqların köməyi ilə ümumi ərazinin ortaq və xüsusi məşq bölgələrinə ayrılmasına diqqət yetirilmişdir. Layihənin 2-ci mərtəbəsindəki özəl olaraq layihələndirilmiş qrup idman otaqlarında rəng və işıq dizayn elementləri ilə idman və meditasiya ab-havası yaradılmışdır. Zalın daxilində kardio qrup idman bölgəsi, krossfit zonası, sərbəst funksiyalı qrup otağı, pilates zonası, geniş idman zalı, kafe və istirahət bölgəsi, VİP otaqlar, geniş qarderob otaqları və bir neçə fərqli funksiyalı zonalar mövcuddur.
Layihə həm avadanlıq həm də texniki infrastuktur olaraq ən son texnoloji həllər ilə təchiz olunmuşdur.
"Güclü və sağlam ol" mottosu ilə fəaliyətini davam edən idman zalının interyer həllərində xüsusi seçilmiş tünd rəng materiallara, yaşıl təbiəti əks etdirən işıqlı və funksional detallar əlavə edərək bir vəhdət hazırlanmışdır.

REFLECT ARCHITECTSVAKANSİYAVəzifə: Memari Layihə RəhbəriÖhdəliklər:• Layihənin əhatə dairəsinin və məqsədlərinin müəyyən...
12/07/2021

REFLECT ARCHITECTS

VAKANSİYA

Vəzifə: Memari Layihə Rəhbəri

Öhdəliklər:
• Layihənin əhatə dairəsinin və məqsədlərinin müəyyənləşdirilməsinə, bütün məsul tərəflərin cəlb edilməsi və layihə işinin hazırlanmasına kömək etmək.

• Layihənin bütün aspektlərinin müvəffəqiyyətlə başa çatdırılmasına nəzarət etmək və cavabdehlik daşımaq.

• Layihələrin qüsursuz icrası üçün satıcılar, subpodratçılar, tənzimləyici qurumlar, dövlət orqanları və s. kimi üçüncü tərəflər daxil olmaqla daxili və xarici maraqlı tərəflərlə koordinasiyanı təşkil etmək və əlaqə qurmaq.

• Layihə iclasları keçirmək və davam edən / başa çatmış layihələrə dair dövri hesabatlar, statistik məlumatlar, təqdimatlar, prosedurlar, təkliflər və ümumi sənədləşdirmə tələbləri yaratmaq və portfolio hazırlamaq.

• Layihə əhatə dairəsi, layihə cədvəli və layihə xərcləri ilə əlaqəli bütün dəyişikliklərin sənədləşdirilməsini və müvafiq insanlara və qruplara paylanmasını / çatdırılmasını və dəyişiklik tələbinin yaradılması və həyata keçirilməsini təmin etmək.

Bilik və bacarıqlar:
• Ali dərəcə;
• Ən azı 3 il davamlı layihə rəhbərliyi təcrübəli (İnşaat və ya dizayn sahəsində);
• MS Project və ya hər hansı digər təsdiq olunmuş Layihə İdarəetmə proqramlarını yaxşı bilmək;
• Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini yaxşı bilmək yetərlidir;
• Mükəmməl yazılı və danışıqlı ünsiyyət;
• Təfərrüatlara diqqət yetirmə və qısa müddətlərdə yüksək keyfiyyətli iş təqdim etmə bacarığı.

Zəhmət olmasa elektron poçt göndərərkən mövzu hissəsində “Layihə Rəhbəri” vəzifəsi adını qeyd edin – [email protected]

Şərq Bazarı restovrasiya mərhələsindən foto şəkillər
10/07/2020

Şərq Bazarı restovrasiya mərhələsindən foto şəkillər

09/07/2020

Konsept layihəsini həyata keçirdiyimiz Şərq bazarı layihəsinin rekonstruksiya işləri davam edir. Hazırda söküntü işləri tamamilə başa çatmış, günbəzlərdə bərpa işləri aparılır.

Drone çəkiliş : Gravity Inc.
Xüsusi təşəkkürlər : Tabriz Kazimov

İstilik, rahatlıq, səmimiyyət ... Son günlərdə hamımızın bu anlayışlara ehtiyacı var. O halda, Cozy by Madi ilə tanış ol...
30/05/2020

İstilik, rahatlıq, səmimiyyət ... Son günlərdə hamımızın bu anlayışlara ehtiyacı var. O halda, Cozy by Madi ilə tanış olun.
Tədbirlərinizin və özəl günlərinizin özəl düşünülmüş dekor və xüsusi atmosfera ilə bəzəyən .bymadi ilə bərabər layihələndirdiyimiz xüsusi showroom.

Address

Uzeir Hadjibeyov Str
Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Reflect Architects posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share