Müştərilərə təqdim olunan məhsullar, məhsul çeşidinin dizaynından istehsalına qədər hər mərhələdə "İdarəetmədə keyfiyyət anlayışı" əsasında ən yüksək səviyyədə hazırlanaraq təslim edilir.
İmaksu MMC yalnız təchizatçı şirkət olaraq deyil, həmçinin polad və metal konstruksiya üzrə geniş çeşidli tədbirlərin həyata keçirilməsində kompleks həll yolları təklif edir, bu məqsəd və hədəflərə uyğun olaraq
qısa müddət ərzində müştərilərin tələblərini qeyd olunan istəklərə əsasən keyfiyyətlə qarşılamağa diqqət yetirir.
İMAKSU MMC-nin məhsul tələbləri və istehsal prosesləri ilə əlaqəli tətbiqləri aşağıdakılardır;
• Xidmət və ya məhsul istəkləri alındıqdan sonra ehtiyac daxilində yerində ilkin araşdırma işləri aparılır.
• Proses statik hesablamalar və layihələndirmə işləri ilə davam edir.
• İstehsala alınan bütün xammal və materialların standartlara uyğunluğu yoxlanılır.
• İstehsalın hər mərhələsində təcrübəli və peşəkar mütəxəssislər işləyir.
• Məhsulun keyfiyyətinə xüsusi nəzarət yetirilir. Təhvil zamanından əvvəl tamamlanan hər bir məhsul son dəfə yenidən yoxlanılaraq müxtəlif testlərdən keçirilir.
• Məhsul və ya xidmət sifarişinin təsdiqindən sonra məhsullar "açar təslim" metodu ilə müştərilərin tələb etdiyi müddətdə bağlanan müqaviləyə əsasən çatdırılır.
İmaksu MMC Almanyanın DMT Foundry GmbH şirkəti, Sumqayıt Texnologiyalar Parkı, Akkord və Azərtexnolayn kimi, bir çox iri və orta həcmli müəssisələrlə əməkdaşlıq edir.