2009-cu ildən inşaat sektorunda fəaliyətlərinə başlayan Fenix Construction MMC şirkəti bu günə qədər istər xidmət keyfiyyəti, istərsə də müştəri məmnuniyyətinə verdiyi önəmlə, bu gün sektorun əsas qurumlarından birinə çevrilmişdir.
Şirkətimizin başlıca fəaliyyət sahələri:
Beton deşmə:
Beton deşmə işləri elektrikli və hidravlik karot aparatları vasitəsilə yerinə yetirilməkdə olub, istənilən ölçüd
ə və dərinlikdə tikinti-quraşdırma yerlərinin açılmasına imkan verir. Beton kəsmə:
Beton kəsmə işlərini elektrikli və hidravlik kəsmə aparatları vasitəsilə istər üfüqi, istərsə də şaquli hər cür betonda, istənilən qalınlıqda yerinə yetirmək mümkündür. Epoksi və poliüretan qaplama sistemləri:
Epoksi və poliüretan əsaslı döşəmə qaplama sistemlərinin uyqulanması. Hər növ izolyasiya işləri:
Binaların, villaların, müxtəlif yaşayış yerləri və digər tikililərin hidro və termo izolyasiyası. Dəmir, qəlib, beton işləri:
Armaturla dəmir konstruksiyaların yığılması, qəliblərin hazırlanması, monolit betonun qəliblərə doldurulması. Hovuz inşaatı:
Üzmə, dekorativ, massaj və digər təyinatlı hovuzların beynəlxalq standartlara uyğun olaraq inşaatı. Fasad və interyer işləri:
Hörgü, suvaq, alçı suvaq, alçıpan, kafel-metlax, parket, mərmər işləri, divar kağızı yapışıdırlması və s.
Şirkətimiz inşaat sektorunda fəaliyyətə başladığı ilk illərdən etibarən texnoloji yeniliklərlə uzlaşaraq maddi-texniki bazasını inkişaf etdirmişdir. Azərbaycanda fəaliyyət göstərən həm yerli həm də xarici şirkətlərlə əməkdaşlıq edən şirkətimiz, miqdarından və həcmindən asılı olmayaraq yerinə yetirməyə başladığı işləri ən qısa zamanda və ən etibarlı şəkildə, müştəri məmnuniyyətini əsas tutaraq uğurla tamamlamışdır.