16/01/2022
Diferensial avtomat və təhlükəsizlik söndürmə cihazı(UZO) arasında əsas fərqlər...
Təhlükəsizlik söndürmə cihazı dövrəni qısaqapanmadan və yüklənmədən qoruya bilmir. Bir çox elektriklər elə fikirləşirlər ki, dövrədə təhlükəsizlik söndürmə cihazını quraşdırmaqla baş verə biləcək bütün hadisələrin qarşısını almış olurlar. Təhlükəsizlik söndürmə cihazı şəbəkədə indikator rolunu oynayır. Yəni cərəyanın şəbəkənin əsas hissəsindən axmasına nəzarət edir. Cərəyanın kənar yollarla axınını müəyyənləşdirir. Əgər müxtəlif elektrik avadanlıqlarında və ya naqillərdə cərəyan sızması varsa , onda o buna reaksiya verir və dövrəni dərhal əsas hissədən ayırır. Əgər mənzildə olan bütün elektrik cihazlarını işə salsaq ,yəni bilərəkdən dövrəni maksimal yükləsək , bu halda təhlüksəsizlik söndürmə cihazı dövrəni əgər əlavə avtomat olmasa əsas sistemdən ayırmayacaq. Dövrədə olan hər şey təhlükəsizlik söndürmə cihazı da daxil olmaqla sıradan çıxacaq , yəni yanacaq! Bu səbəblərə görə təhlükəsislik söndürmə cihazından əlavə dövrədə mütləq avtomat açar olmalıdır. Təhlükəsislik söndürmə cihazı avtomat açarla qarşılıqlı çalışırlar. Avtomat açar sistemi qısaqapanmadan və çox yüklənmədən qoruyur. Təhlükəsislik söndürmə cihazı isə dövrəni cərəyan sızmasından qoruyur.
Xarici görünüşlərinə görə fərqləri – Xarici görünüşlərinə görə difavtomat və təhlükəsislik söndürmə cihazı fərqli olur. Əgər cihazın üzərində ancaq cərəyanın nominalı qeyd edilibsə , deməli bu cihaz təhlükəsizlik söndürmə cihazıdır. Əgər cihazın üzərində cərəyanın nominalının qarşısında hansısa latın əlifbasından olan hərflər qeyd edilibsə ( A , B , C ) deməli bu cihaz diferensial avtomatdır.